Ona yaxınlaşan ölür

Avstriya-İtaliya sərhədində yerləşən Alp dağlarının Etsi vadisində əriməkdə olan buzlaqlar arasından insan mumiyası tapılıb. Elə tapılan mumiyaya da Etsi adı verilib. Maraqlısı budur ki, təbiət tərəfindən mumiyalaşdırılmış cəsəd günümüzədək yaxşı vəziyyətdə qalıb. Lakin "Buz adam" ləqəbini daşıyan mumiyanın sirri bununla da bitmir.

Etsi mumiyasının bütün insanlardan fərqli, dəqiq desək, üstün fiziki xüsusiyyətləri ilə seçilir. Amma bunu da bir kənara qoyaq. Çünki daha maraqlı məqam var: mumiya onu araşdırmağa çalışan insanları lənətləyib!

Buz Adamın – Etsinin ölüm səbəbləri indiyədək də araşdırılır. İlk əvvəllər onun ölümünə qar fırtınasının səbəb olduğu deyilirdi. Sonradan isə Roma İmperiyası dövründən qalan, təbii şərtlərlə mumiyalanmış Tollun və Lindaunun cəsədlərinin tapılması Etsi mumiyasının da sirrinin çözülməsinə şərait yaratdı. Daha doğrusu, versiyalardan birinə görə Toll və Lindau kimi, Etsi də cinayət qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə