Adananın İmamoğlu mahalında 4 il əvvəl qaçıb evlənən Yunus (29) ilə Fatma Ünal (27) arasında mübahisələr başladı. Hər şeyi bəhanə edib özünü döyən yoldaşına dayana bilməyən qadın, evləndikdən 1 il sonra ailəsinin evinə qayıdıb. Yoldaşının "Səni birdə döyəməyəcəm, sənə yaxşı baxacam" sözlərinə aldanaraq təkrar evə qayıtdı. Ancaq zorakılıq bununlada bitmədi.
Heyvan nəcisi yedirtdi
Ağır təhqirlər edən ər, həyat yoldaşı hamiləykən də şiddət tətbiq etdi. İlk oğlunu normal doğumla dünyaya gətirən Fatma Ünalın, hamiləykən gördüyü şiddət səbəbiylə qarınına yapışan ikinci uşağı keysəriyyə yolu ilə doğuldu. Şiddətin dozasını artıran ər, iddiaya görə, 1 və 2 yaşlarındakı oğullarına və yoldaşına heyvan nəcisi yedirtdi. 3 İyulda həyat yoldaşı tərəfindən döyülən qadın, anasını zəng edərək özünü qurtarmasını istədi.
İftara yemək hazırlayırdı
Uşaqlarıyla birlikdə anasının evinə gedən qadın, qohumu olan vəkil Mustafa Özkozanoğluna 10 İyulda boşanma iddiası açması üçün vəkalət verdi. Uşaqlarını da yoldaşına göndərdi. Ər Ünal şənbə günü qayınatasının evinə getdi. Mətbəxə girən ər, icazəli tapançasıyla iftar üçün yemək hazırlayan yoldaşına anasının gözləri qarşısında güllə yağdırdı. Fatma Ünal, 8 güllə yarası ilə hadisə yerində keçindi. Yunus Ünal polisə təslim olduqdan sonra həbs olundu.
Yağışda isladıb doyurdu
Vəkil Mustafa Özkozanoğlu, bunları dedi: "Zorakılığın ölçüsünü o qədər artırmışdı ki, yağışda çöldə buraxıb isladdıqdan sonra doyurdu və heç kim görməsin deyə 4-5 gün evə həbs edirdi. Bunları heç kimə deyə bilmirdə, hətta mobil telefon belə istifadə edə bilmirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB