Artıq çəki ilin hər fəslində insanlar üçün böyük problemdir. Amma yay fəslində artıq çəkidən azad olmaq hər kəsin arzusudur desək, yanılmarıq. Elə bu istəyi nəzərə alaraq SİA artıq çəkidən tez bir zamanda azad olmaq üçün faydalı olan vitaminli qidaları təqdim edir.

Alma sirkəsi: "Alma sirkəsi yağ yandırmaqda əvəzolunmaz vasitədir. Lakin onu həddindən artıq qəbul etmək olmaz. Çünki sirkədən artıq şəkildə istifadə etmək mədədə müxtəlif problemlər yarada bilər. Bu qidanı salatlarda sous şəklində qəbul etmək daha düzgün olar".

Qara lobya: "Bu qidanın tərkibi vitaminlərlə zəngindir. Lobya lif və proteinlə zəngin olsa da, tərkibində yağ yoxdur. Onun tərkibində olan flavonoid bədəndə, xüsusilə də qarın bölgəsində olan yağların əriməsində əhəmiyyətlidir".

Çərəzlər: "Çərəzlərin tərkibində yağ olsa da, onlar doymamış yağ olduğundan insanda artıq çəki problemi yaratmır. Əksinə, çərəzlər piylənmənin qarşısını alır. Ona görə də artıq çəkidən əziyyət çəkənlər istənilən qədər çərəzdən istifadə edə bilərlər".

Armud: "Armudun bütün növlərindən günün istənilən vaxtı istifadə etmək mümkündür. Tərkibində olan antioksidantlar qarın bölgəsindəki yağları asanlıqla yandırmağa kömək olur".

Çay: "Çayın arıqladıcı xüsusiyyətə malik olması elmi tərəfdən sübut olunub. Amma yaşıl çay artıq piylərdən azad olmaq üçün daha faydalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB