Siqaret çəkən adamlar intihara daha çox meyllidirlər. Bu barədə "Nicotine & Tobacco Research" elmi jurnalında dərc olunan məqalədə qeyd olunub.
Son araşdırmalar göstərib ki, səbatsız psixikaya malik insanlar, əsasən, siqaret çəkənlərdir. Bu səbəbdən də alimlər hesab edirlər ki, tütün ticarətinin dövriyyəsi azaldılsa və ya yüksək vergilər tətbiq edilsə, intiharların sayı da azalar.
Alimlər siqaretin qiymətinin intiharlara təsirini araşdırdıqdan sonra belə bir nəticəyə gəliblər. Bu səbəbdən də onlar hesab edirlər ki, tütün məhsullarına olan verginin 1 dollar artırılması, intiharların sayını 10 faiz azalda bilər.milli.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB