Nənə o dünyadan nəvəsinə “selfie” göndərdi ŞOK

Nənə o dünyadan nəvəsinə “selfie” göndərdi ŞOK

Rumıniyada dəhşətli, həm də maraqlı bir hadisə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə rəhmətə gedən nənə öldükdən sonra nəvəsinə öz şəklini göndərib. Belə ki, adı açıqlanmayan 34 yaşlı qadın telefonu yandırarkən ekranında 3 il bundan qabaq rəhmətə gedən nənəsinin şəklini görüb. Şəklin keyfiyyəti nəzərə alınaraq, onun o biri dünyadan göndərildiyi bildirilib.

Şəkli falçıya aparan 34 yaşlı qadın orada da irəli sürülən fərziyə ilə rastlaşıb. Belə ki, falçı da şəklin o biri dünyadan göndərildiyini təsdiqləyib. O, nənənin günahları ucbatından boyun hissəsinə ilanın dolandığını da açıqlayıb.

Fala baxan vurğulayıb ki, nənə şəkli göndərməklə o dünyada əziyyət çəkdiyini, hələ də ruhunun rahat buraxılmadığını bildirmək istəyib. Falçı nəvəyə və onun qohumlarına kilsədə nənənin ruhuna dua etməklərini tövsiyə edib.

Həmin gündən etibarən nənənin qohumları günlərinin çox hissəsini kilsədə dua oxumaqla keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə