Ataya hazırlanan ad günü sürprizi izlənmə rekordu qırıb
ABŞ-ın Luisvill şəhərində yaşayan Mike King adlı şəxsin atasına hazırladığı ad günü sürprizi "Youtube" sosial şəbəkəsində 3 gün ərzində 10 milyon insan tərəfindən izlənilib. King hələ 8 yaşında ikən atasına verdiyi sözü tutaraq ona 57 yaşında 57 model Chevrolet hədiyyə alıb. Uşaqlıqdan bəri atasının bu maşına sahib olmağı xəyal etdiyini deyən King atasının hədiyyə qarşısında göz yaşlarına boğulan videosunu sosial şəbəkədə paylaşıb.
Bununla yanaşı, King gofoundme.com saytında ianə toplmaq üçün yeni hesab açıb. Toplanacaq ianə 57 model maşının yenilənməsi və rənglənməsi üçün istifadə olunacaq. Bu vaxta qədər 980 dollar toplaya bilən Kingin hədəfi isə 10 min dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB