Qoyunlardan sonra bu dəfə fillər futbolçu kimi məharətini göstərdi
Bu dəfə fillər futbol oyandı

Əvvəlcə komandalarının formalarına uyğun rəngləndilər, sonra isə alqış sədaları altında sıra ilə meydançaya çıxdılar. Qoyunlardan sonra bu dəfə fillər futbolçu kimi məharətini göstərdi. "Dünya çempionatı" Braziliyadan əvvəl Taylandda başlayıb. İlk matç fillər arasında keçirilib.

Maraqlı qarşıdurma Bankonq yaxınlığında məktəblilərə məxsus stadionda təşkil edilib.

Gərgin qarşıdurmada maraqlı və gülməli məqamlar yaşanıb. Fillərdən biri cərimə zərbəsi vurarkən qarşı komanda bütün heyəti ilə canlı səd qurub.

Növbəti dəfə isə fillərin canlı sədi qurulub. Bu səddən isə top keçirmək elə də asan olmayıb.

Ən maraqlı məqam isə filin qol vurduqdan sonra azarkeşlərlə sevincini bölüşməsidir.

Qeyri-adi qarşılaşma 3-3 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə