Lənkəranda 4 ayaqlı ördək balası doğulub

Lənkəranda 4 ayaqlı ördək balası doğulub

Lənkəran şəhərində qeyri-adi təbiət hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhərində Zeynalovlar ailəsinin təsərrüfatında yumurtadan çıxan 10 ördək balasının birində 4 ayaqlı ördək balası qeydə alınıb. Hamının marağına səbəb olan 4 ayaqlı ördək balası digərləri kimi normal qidalanır, hətta o birilərindən qaçışına görə sürətdə fərqlənir.

Ailənin böyük oğlu Ehtiram Zeynalov deyir ki, indiyə kimi həyətimizdə toyuq-cücə, qaz-ördək saxlamışıq. Bu cür təbiət hadisəsinə ilk dəfədir ki, rast gəlirik.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə