Amerikanın Harvard Universitetinin kitabxanasında insan dərisindən hazırlanan kitab saxlanılır. SİA xəbər verir ki, bu barədə məlumat ötən gün universitetin rəsmi saytında yerləşdirilib. Məlumata əsasən, ali təhsil müəssisənin Houghton kitabxanasında olan və 19-cu əsrin fransız yazarı Arsene Houssayenin "Des destinees de l'ame" adlı kitabının üz qabığı insan dərisindən hazırlanıb. Universitet bu qənaətə kitabın üz qabığı üzərində aparılan çox saylı tədqiqatlardan sonra gəlib. Kitabda insanın "ruhunun ölməsindən" sonrakı mərhələdə aparılan araşdırmalar əks olunub.
Qeyd edək ki, tarixçilər xüsusilə orta dövrlərdə kitabların üz qabığının insan dərisindən hazırladığını bildirirlər. Məlumata əsasən, bu tipli kitablar əsasən cadu kitablarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB