Kraliça II Elizabetin 10 ilə hazırlanan yeni avtomobili FOTOLAR

Kraliça II Elizabetin 10 ilə hazırlanan yeni avtomobili FOTOLAR

İngiltərə kraliçası II Elizabetin 80 yaşının tamam olması münasibətilə əlaqədar Avstraliyalı Jim Freclinson tərəfindən 10 il müddətində hazırlanan və 50 nəfərdən ibarət qrup tərəfindən inşa edilən yeni rəsmi at arabasının təqdimatı keçirilib. SİA xarici mətbuat istinadən xəbər verir ki, faytonun çəkisi 3 ton, uzunluğu 5,5 metrdir. Altı at tərəfindən hərəkət etdirilən və şüşəli qızıl örtüklü avtomobilin hidravlik sisteminin də qızıldan olduğu bildirilib. Təqdimat zamanı faytonun içərisində "ovsunlayıcı" muzeyin yerləşdiyi və hər bir qapı dəstəyinin 130 safir və 24 almazla bəzədildiyi qeyd edilib.

Qeyd edək ki, "Tarixi əsər" statusunu daşıyan avtomobilin hazırlanması üçün çəkilən xərclərin çox hissəsini faytonun dizayneri Jim Freclinson özü ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə