"Kepler-10c" adı verilən planet Yer kürəsindən 360 işıq ili aralığında yerləşir. İşveçrə, ABŞ, İtaliya və Böyük Britaniyadan olan bir qrup alim Yer kürəsindən 17 dəfə ağır olan bərk planet aşkarlayıblar. Bu barədə məlumat Harvard-Smitsonov astrofizika mərkəzinin saytında yerləşdirilib.
"Kepler-10c" adı verilən planet Yer kürəsindən 360 işıq ili aralığında yerləşir.
Planetin ulduzu ətrafında bir dövrü 45 gün təşkil edir. Alimlər hesab edir ki, sözügedən planetin təxminən 11 milyard yaşı var. Planet həmçinin "Meqa Yer kürəsi" kimi də adlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB