Xarici dillərin öyrənilməsi yaddaşı qorumağa kömək edir

Xarici dillərin öyrənilməsi yaddaşı qorumağa kömək edir

Edinburq Universitetinin alimləri xarici dillərin öyrənilməsinin xeyrini dünyaya bir daha sübut etmişlər. Tədqiqat aparmaq üçün britaniyalılar 11 yaşlı 262 respondent dəvət etmişlər.

"İnforming" xəbər verir ki, müxtəlif testlər vasitəsilə onların intellektual qabiliyyəti və yaddaşı yoxlanılmışdır. Bir neçə onillikdən sonra eksperiment iştirakçıları xüsusi anketlər doldurmuşlar. Onların hərəsinin artıq 70 yaşı olmuşdur.

Alimlər belə qənaətə gəlmişlər ki, yaşadığı müddət ərzində yeni dil öyrənənlərin qiraət, nitq vərdişləri və intellektual qabiliyyəti xeyli yüksək olmuşdur.

Alimlər qeyd edirlər ki, xarici dil öyrənmək heç vaxt gec deyil. Hətta yaşlı vaxtda dil öyrənməyin də müsbət cəhəti vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə