Sünnət toyu müavini işindən etdi

Övladına təmtəraqlı toy edən vali müavini təqaüdə çıxıb
Sünnət toyu müavini işindən etdi

Türkiyənin Bursa şəhərinin valisinin müavini Mehmet Özcanın öz oğlunun kiçik toyunu Osmanlı sultanı kimi qeyd etməsi tənqidlərə səbəb olub. Mehmet Özcanın öz övladına etdiyi toy məclisindən fotolar gündəmə bomba kimi düşüb. Türkiyə mətbuatı xəbər verir ki, Mehmet Özcanın bu hərəkəti etirazla qarşılanıb. Bursa valiliyindən verilən açıqlamada isə qeyd olunub ki, valinin müavini artıq işdən çıxarılıb.

Onun yaş həddilə əlaqədar təqaüdə göndərildiyi bildirilir.

Həmin məclisdən çəkilən fotolar Bursa valisi Karaloğlunun da narahatlığına səbəb olub./ans/

Bütün xəbərlər Facebook səhifəmizdə