Azərbaycanda it sədaqəti: sahibinə görə ölümə getdi

Azərbaycanda it sədaqəti: sahibinə görə ölümə getdi

İt sahibinə görə ölümə gedib. Sahibini öldürməyə gəlmiş şəxsin qarşısını kəsən it ölsə də, sahibini qorumağı bacarıb. İsmayılı rayonunda Şahin Salmanov gecə yarısı silahlanaraq qonşusu Röyal Dəmirovun həyətinə girib.

Bu zaman onun üstünə it cumub. Ş.Salmanov tüfənglə iti öldürüb və səs-küydə ələ keçəcəyindən qorxaraq qaçıb. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda olan Ş.Salmanovu tutub. O, izahatında R.Dəmirovu öldürmək niyyətində olduğunu bildirib. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, hadisə ilə bağlı təhqiqat araşdırması aparılır. Onun qonşusunu hansı səbəbdən öldürmək istəməsi isə açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə