Evdə, mal tövləsində, hansısa bir obyektdə yaranan yanğınlar ən çox hansı səbəblərdən baş verir? Qaxda son iki ildə 6 ev yanaraq külə dönüb. 3 həyətyanı tikili və 9 mal tövləsi yararsız hala düşüb. Yanğınların 6-sı elektrik nasazlığından, yəni qısaqapanmadan, digərləri isə odun sobalarından baş verib. Bədbəxt hadisələr, əsasən, vətəndaşların ehtiyatsızlığı və evdə olan elektrik sisteminə biganə yanaşmasından meydana gəlib. Təbii ki, müxtəlif elektrik cihazlarının təlimata uyğun istifadə edilməməsi də acı sonluqla nəticələnə bilər. Həmçinin müxtəlif elektrik avadanlıqlarının eyni anda elektrik şəbəkəsinə qoşulmasını minimuma endirmək lazımdır. Hər ehtimala qarşı, elektrik sayğaclarındakı avtomatlar standartlara uyğun və saz vəziyyətdə olmalıdır.
3 ay əvvəl Qax sakini Vaxtand Alukulaşviliyə məxsus yaşayış evindəki yanğının səbəbi yararsız vəziyyətdə olan elektrik naqillərində baş vermiş qısaqapanma olub. Yeganə təsəlliverici məqam isə evinin vaxtında sığortalanması idi. Sığorta şirkəti ev sahibinə 6170 manat pul ödəyib. Artıq evdə elektrik sistemi tam yenilənib.
Cüzi ehtiyatsızlıq və ya hansısa elektrik xətlərində olan nasazlığa biganəlik böyük bir yanğına səbəb ola bilər. Odur ki, sonrakı peşmançılığa yol verməmək üçün əvvəlcədən tədbirli olmaq məsləhətdir. Bununla bağlı meşələrə yaxın olan yerlərdə maarifləndirici lövhələr vurulub. Özünüzü, yaxınlarınızı və əmlakınızı yanğından qoruyun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB