Siqaretlə bağlı inanılmaz təcrübə MÜTLƏQ İZLƏYİN

Siqaretlə bağlı inanılmaz təcrübə MÜTLƏQ İZLƏYİN

Siqaretin ciyərlərə inanılmaz ziyanı ortaya çıxıb. Sadəcə 60 siqaret ciyəri bu vəziyyətə salıb. Görüntülər siqaret çəkməyin həyat üçün ən vacib orqanlardan olan ciyəri nə hala saldığını bir daha sübut edir.

Honk-Konqlu müəllim bu təcrübəni bir heyvanın ciyəri üzərində aparıb. Maraqla qarşılanan bu təcrübədə müəllim tibb fakultəsinin tələbələrinə siqaretin ciyərə nə dərəcədə ağır təsir göstərdiyini əyani olaraq göstərib.

Əvvəlcə ciyərin normal prosesi canlandırılıb və ona havanın daxil olması təmin olunub. Əsl təcrübə də bundan sonra başlayıb. Ciyərə bu dəfə siqaret tüstüsü olan hava verilib. Sadəcə 60 siqaret yandırıldıqdan sonra ciyərin düşdüyü hal adi gözlə də görülüb. Ciyər əvvəlki ilə müqayisədə dəhşətli dərəcədə təhrif olunub və qaralıb.

Müəllim siqaretin təsirinə məruz qalan və digər ciyərin nəfəs borusunu da kəsərək içindəki mənzərəni tələbələrə göstərib.

Həkimlər siqaret çəkən insanın ciyər xərçənginə yoluxmaq riskinin normal insana nisbətən 6-8 dəfə çox olduğunu qeyd edirlər.

Siqaretin təsiri bununla da yekunlaşmır.

Buyurun sizdə izləyin...

Bütün xəbərlər Facebook səhifəmizdə