Aya göndəriləcək ilk reklamın yaponlar tərəfindən bir su markası üçün olacağını heç kim təxmin belə etməzdi. Yapon içik istehsalçısı "Otsuka" tanınmış içkiləri "Pocari Sweat" üçün nəhəng bir reklam kampaniyası hazırlayır.
"Otsuka"nın niyyəti içi toz halındakı "Pocari Sweat" içkisi ilə dolu olan 1 kiloqram ağırlığında bir konteyneri Aya yerləşdirməkdir. Həm də konteynerdə Asiyanın müxtəlif yerlərindən uşaqların gələcəyə aid mesajları da yer alacaq. Beləliklə, insanlığın reklam fəaliyyətlərində yeni bir dövrə girmiş olacağıq. Bu reklam konteyneri 2015-ci ilin oktyabr ayında Aya baş tutacaq ilk özəl uçuşda götürüləcək. "Otsuka" bu kampaniyanın astronom olub Aya getmək üçün gəncləri həvəsləndirməsini gözləyir. Konteyner, Aya "Tesla" elektrikli maşınlarını yaradan Elon Muskın sahib olduğu "SpaceX" firması tərəfindən hazırlanan "Falcon 9" raketi ilə yollanacaq. Aya isə "Astrobotic Technology" firmasının "Griffin" adlı eniş maşını ilə çatdırılacaq. "Pocari Sweat", Yaponiyanın ən məşhur içki markalarından biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB