2014-cü il üçün ötən il Türkiyədə buraxılmış islam təqvimi hər kəsi heyrətə gətirib. Həmin təqvim kitabçasının 2014-cü il 13 may tarixini göstərən vərəqində islam alimi, əhli-sünnənin hədis ədəbiyyatında ən etibarlı mənbənin müəllifi, 810-869-cu illərdə yaşamış Buxarinin dediyi sözlər verilib: "Beş növ şəhid vardır: Epidemiya xəstəliyinə tutulanlar, ishaldan ölənlər, boğulanlar, DAĞINTILAR ALTINDA QALANLAR və Allah yolunda döyüşərək ölənlər".
Maraqlısı budur ki, məhz 3 gün öncə, 13 may tarixində Türkiyədə kömür mədənindəki partlayış və çox sayda insanın dağıntılar altında qalıb dünyasını dəyişməsi adamı düşünməyə məcbur edir. Təqvimin 13 may 2013-cü ildə dərc olunması, Buxarinin əsrlər öncə söylədiyi "dağıntılar altında qalanlar şəhiddir" hədisinin təqvimin 2014-cü ilin 13 mayı göstərən vərəqində verilməsi ilə 13 mayda Türkiyədə insanların dağıntılar altında qalması arasında hər hansı mistik əlaqənin olub-olmadığını deyə bilmərik. Sadəcə, "təsadüflər olmur" kəlməsini xatırlamağa dəyər…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB