Braziliyalı yeniyetmə bunu 18 saniyəyə etdi Maraqlı

Braziliyalı yeniyetmə bunu 18 saniyəyə etdi Maraqlı

Braziliyanın 16 yaşlı sakini Marsel Fernandes "SMS" bildirişin yazılmasının sürəti üzrə dünya rekordunu qırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onun nailiyyəti "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Ötən ay Nyu-Yorkda keçirilən yarışma iştirakçılarına telefonda ingilis dilində "The razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human" cümləsini yığmaq tapşırılıb. O, tapşırığı 18,19 saniyəyə yerinə yetirib. Əvvəlki rekord isə 18,44 saniyə olub.

Yeniyetmə bildirib ki, 2009-cu ildə fərdi kompüterini sıradan çıxardığına və yeni kompüter almaq üçün pulu olmadığına görə yalnız smartfondan istifadə etməyə başlayıb və nəticədə bildirişləri sürətlə yazmağı öyrənib.

Braziliya kolleclərinin birində fizikanı öyrənən M. Fernandes "SMS" göndərmək "dəlisi" olmadığını etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə