İnsanın yorğunluq dərəcəsini müəyyənləşdirən eynək

İnsanın yorğunluq dərəcəsini müəyyənləşdirən eynək

Yaponiyada insanın nə dərəcədə yorulduğunu müəyyənləşdirən eynək icad edilib. Bu nadir eynəyin müəllifi "Audi A6" avtomobilinin dizaynını yaratmış Satosi Vadadır.

Eynəyin çərçivəsi insanın neçə dəfə göz qırpdığını, göz damarlarının elektrik potensialının necə dəyişdiyini qeydə alan bir neçə sensorla təchiz olunub. Sonra bu məlumatlar "Bluetooth 4.0" vasitəsilə planşetə (smartfona) ötürülür.

Beləliklə, eynəyin sahibi xüsusi əlavə qurğunun köməyi ilə orqanizmin yorulduğunu öyrənə biləcək.

Alimlər belə hesab edirlər ki, bu ixtira xüsusən avtomobildə səyahətə çıxanlar üçün qəzaların qarşısının alınmasında çox faydalı olacaq. Belə eynəklərdən idmançılar və fitneslə məşğul olan adamlar da yararlana biləcəklər. Bu qurğu onlara bədənin daha düzgün vəziyyətini göstərəcək.

Eynəyin batareyası səkkiz saat işləyir. Təqribən bir ildən sonra yeni eynəklər satışa buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə