Rejimsiz qidalanmaq və yanlış pəhriz, saç tökülməsinə səbəb ola bilər. SİA- nın xarici mətbuata istinadən verilən məlumata görə, Türkiyənin On doqquz May Universiteti (OMÜ) Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsinin Müəllimi Professor Nilgün Şentürk apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.
Onun fikrincə, düzgün qidalanmaq saçların inkişafı üçün çox əhəmiyyətlidir. Son zamanlar istər kişi, istərsə də qadınlarda saç tökülməsinin böyük problemə çevrildiyini deyən mütəxəssis vurğulayıb ki, hər gün müəyyən miqdarda saçın tökülməsi təbiidir: "Gün ərzində müəyyən qədər saç tökülməsi normal haldır. Əksinə bu cür saçların tökülməsi insan üçün müsbət haldır. Ona görə ki, həmin saçların yerinə yeniləri çıxır. Lakin gün ərzində 100-ə qədər saç itkisi normal qəbul edilir, ondan artıq saçın tökülməsi problemdən xəbər verir. Belə ki, insan orqanizmində qan və dəmir azlığı saç tökülməsinə əsas səbəb olan amillərdir".
Araşdırmaçı alim həmçinin yanlış pəhrizin də saç tökülməsinə səbəb olduğunu açıqlayıb. O deyib ki, yanlış pəhriz zamanı saç inkişafı üçün lazım olan vitamin və mineralları lazımi qədər ala bilmədiyindən tökülə bilər: "Kilo vermək və ya incə qalmaq üçün pəhriz saxlayarkən zülala xüsusi önəm vermək lazımdır. Zülalsız qidalar saçlarınıza zərər verə bilər. Amma saçın tökülmə problemləri yalnız sadaladıqlarımızdan ibarət deyil. Belə ki, müxtəlif sağlamlıq problemləri də saç tökülməsinə yol aça bilir. Burada genetik faktor da böyük rola malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB