Peruda təqribən 2500 il bundan əvvəl tikilmiş astronomiya kompleksi aşkar edilib
Alimlər Peru ərazisində, Çinça-Alta şəhəri rayonunda təqribən iki min yarım il bundan əvvəl tikilmiş qədim astronomiya kompleksi aşkar ediblər.
Kaliforniya ştatı Universitetindən olan tədqiqatçı Çarlz Staniş başda olmaqla beynəlxalq arxeoloqlar qrupu 71 geoqlif xətti (Yerdə həndəsi və fiqurlu naxış) qeydə alıb.
Alimlər müəyyən ediblər ki, Yeni dünyanın yerli sakinləri bu tikililərdən astronomiya məqsədləri üçün istifadə ediriblər. Düz xətlərin bəzisi cənub yarımkürəsində yay gündönümü nöqtəsinə yönəlmişdir. Arxeoloqların ehtimalına görə, kompleks bir növ rəsədxana rolunu oynamış və eyni zamanda ibadət obyekti olub. Ç.Stanişin fikrincə, belə tikilinin ucaldılması qədim insanlardan elə bir xüsusi bilik və böyük səy tələb etməyib.
Arxeoloqlar hesab edirlər ki, onların 40 kvadratkilometrlik sahədə aşkar etdikləri yerüstü naxışlar Parakas mədəniyyətinin sonrakı mərhələsinə (eramızdan təqribən 400-100 il əvvələ) aiddir. Fərziyyələrə görə, orada yaşamış insanlar hələ eramızdan min il əvvəl istehsalın və ictimai münasibətlərin yetərincə yüksək səviyyəsinə nail ola biliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB