Fransalı qadına familiyasına görə ABŞ-a səfər etməsinə qadağa qoyulub

Fransalı qadına familiyasına görə ABŞ-a səfər etməsinə qadağa qoyulub

Fransanın İsveçrə ilə həmsərhəd olan Savua regionunun sakini Alik Ayda adlı qadının Amerika Birləşmiş Ştatlarına səfər etməsi qadağan olunub. Buna səbəb qadının Ayda familiyasını daşımasıdır.

Pasxa bayramını Nyu-Yorkda keçirməyi arzulayan qadın iki uşağı və həyat yoldaşı ilə birlikdə İsveçrənin hava limanından ABŞ-a yola düşmək istəyərkən ona təyyarəyə minməyə belə imkan verilməyib. ABŞ immiqrasiya təşkilatı qadının familiyası ilə "Əl-Qaida" terror təşkilatının adı arasında oxşarlığa görə ona ölkəyə gəlməyi qadağan edib.

Hadisə ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində qadın əvvəlcə bunu zarafat kimi qəbul etdiyini, sonradan isə məsələnin ciddi olduğunu bildirib.

İsveçrə Hava Yolları şirkəti faktı təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə