Bürünc dövrünə aid möhürlər tapılıb

Bürünc dövrünə aid möhürlər tapılıb

Özbəkistanın Surxandərya vilayətinin Şerabad vadisində özbək alimləri alman həmkarları ilə birgə arxeoloji qazıntı apararkən bürünc dövrünə aid olan qiymətli tapıntı aşkar ediblər. Bunların arasında möhürlər xüsusi yer tutur.

Alimlər tapılan əşyaları tədqiq edərkən belə qənaətə gəliblər ki, Hindistan, Mesopotamiya və Tilla Bulak sivilizasiyaları arasında mədəni əlaqələr mövcud olib. Alimlər, həmçinin bu qənaətə gəliblər ki, Özbəkistanın cənubunda qədim şəhərlər bizim eradan əvvəl XVII-XVI əsrlərdə deyil, ondan da 300 il əvvəl yaradılıb.

Möhürlərlə əlaqədar professor Ş.Şaydullaev deyib ki, tapıntılar arasında elm aləmi üçün böyük maraq kəsb edən 4 möhür xüsusilə diqqəti cəlb edir. Bu möhürlər hazırlanma texnikası və forması ilə bu vaxta qədər tapılmış möhürlərdən çox fərqlənir. Möhürlərdən biri ağ daşdan hazırlanıb, iri həcmi və rəsmlərinin zənginliyi ilə nəzəri cəlb edir. Digər möhür taxtadan hazırlanıb və yaxşı mühafizə olunub. Mərmərdən hazırlanmış qartal şəkilli möhürü qədim zamanlarda həmayil kimi boyundan asırmışlar. Möhürün arxasında insan, ağac və it fiqurları təsvir edilib. Altıbucaqlı ulduz formasında olan dördüncü möhür isə maraqlı tapıntıdır və qədim dövrlərə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə