Beyin implantı keçirən insanlar adi insanlardan daha çox qazanacaq

Beyin implantı keçirən insanlar adi insanlardan daha çox qazanacaq

30 ildən sonra insan beyninin içərisinə yerləşdirilən elektronika adi hal olacaq. SİA-nın xəbərinə görə, bu barədə futuroloqlar proqnoz yayıblar. Proqnozlara görə, implantlar beyinə əlavə güc verdiyindən belə ötürücüləri yerləşdirmək arzusunda olan insanlar adi əməkdaşlardan daha çox qazanc əldə edəcək.

Kəllə boşluğuna daxil edilən və insan beyni ilə qarşılıqlı fəaliyyət göstərən qurğular da iş üsuluna güclü təsir göstərə bilər. Məsələn, 2040-cı ilədək orta iş həftəsinin 50,5 saatadək artacağı gözlənilir. Gələcəklə bağlı hesabatı "xpatjobs.com" iş axtarışı saytı hazırlayıb. Qeyd olunur ki, beyin implantlarının yerləşdirilməsinə razılıq verən əməkdaşlar digərlərindən daha çox qazansalar da, gözləri zəifləyəcək, daima qaşqabaqlı olacaq və digər fəsadlarla üzləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə