ABŞ alimlərin fikrincə, gülmək insanda yaddaşa müsbət təsir göstərir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ- ın Loma Linda Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox gülən insanlarda yaddaş daha möhkəm olur.
Yaddaş problemi ilə daha çox üzləşən yaşlı insanlardır ki, ABŞ alimləri də öz təcrübələrini məhz yaşlılar üzərində aparmaq qənaətinə gəliblər. Təcrübə zamanı mütəxəssislər bir qrup insana 20 dəqiqəlik komediya filmi izlədib, digərlərindən isə sakit oturmağı istəyiblər.
Daha sonar hər iki qrup yaddaş testindən keçib. Onlardan həmçinin stress hormonunun səviyyəsini müəyyən etmək üçün tüpürcək nümunəsi də alınıb.
Belə ki, komediya filmi izləyənlər yaddaş testindən daha yaxşı çıxıblar. Onlarda həmçinin stressin səviyyəsi də daha aşağı olub.
Alimlər apardıqları araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəliblər ki, gülmək yaddaşa mənfi təsir edən stressin səviyyəsini azaltmaqla yanaşı, xoşbəxtlik hormonunu da yüksəldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB