Beynəlmiləl tərkibli arxeoloqlar briqadası Misirin mərkəzində, vaxtilə Qədim Misirin daha çox Oksirinx adı ilə məşhur olan Pemce şəhərinin yerləşdiyi El-Minyada iki məzar aşkar edib. İlkin məlumatlara görə, həmin məzarlar fironların XXVI sülaləsinin ( Sais) hakimiyyətdə olduğu dövrə aiddir.
Misirin Qədim Abidələr Nazirliyinin yaydığı bəyanata görə, mumiyalar yaxşı vəziyyətdədir. Onlardan birinin yanında iki kiçik bambuk qələm və mürəkkəbqabı aşkar edilib ki, bu da onun sağlığında mirzə olduğunu göstərir. Hələlik onun adını müəyyənləşdirmək mümkün olmayıb.
İkinci məzarda tapılan mumiya barədə dəqiq məlumat yoxdur. Yalnız bu məlumdur ki, hər iki məzarda sikkələr, habelə mumiyalanmış balıq tapılıb.
Mütəxəssislərin fikrincə, bu tapıntılar Misirin mədəni irsinə böyük töhfə ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB