Toxuculuq məmulatları müalicə edəcək

Toxuculuq məmulatları müalicə edəcək

Özbəkistanın toxuculuq sənayesində nanotexnologiyalardan istifadə etməklə bakteriyalardan qoruma xüsusiyyəti olan toxuculuq məmulatlarının istehsalına hazırlıq işləri gedir.
Tərkibində gümüş olan, müalicəvi xüsusiyyətlərə malik təmiz pambıq parçadan corablar, yataq dəstləri, alt paltarlarının tikilməsi planlaşdırılıb.
Məlumdur ki, gümüş insan orqanizmi üçün güclü antiseptik vasitə sayılır. Gümüş qatılmış parçalar müxtəlif mikroorqanizm, bakteriya, virus və göbələyin 700-dən artıq növünü məhv etmək qabiliyyətinə malikdir.
Blə parçadan tikilmiş paltarlardan istifadə olunması tərləmənin, xəstəlik törədən göbələyin əmələ gəlməsinin tam qarşısını alır. Bu cür parçadan hazırlanmış paltarlarlar 30 dəfədən artıq yuyulandan sonra da mikriblardan qorunma xüsusiyyətlərini itirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə