Çinin şimal-qərbində Böyük Çin Səddinin indiyədək məlum olmayan hissəsi aşkar edilmişdir. Tapıntı səddin çəkildiyi ilkin dövrə aiddir.
"China Daily" qəzetinin yazdığına görə, qədim xarabalıq Ninsya-Xuey Muxtar Rayonunun Nançantan kəndində tapılıb.
Tədqiqatçıların sözlərinə görə, yeni tapılan divar üç hissədən ibarətdir. Ümumi uzunluğu 20 metrdir.
Bizə gəlib çatan hissələrin əksəriyyəti Min sülaləsi dövrünə (1368-1644-cü illər) aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB