Beynəlxalq asrtonomlar Günəş sistemindən kənarda Yerə oxşar yeni planet kəşf etmişlər. Bu planetdə suyun maye halında mövcud olması orada həyatın mümkünlüyü barədə fikir yaradır.
Yeni tapıntı qalaktikada Yerə oxşar digər bir planetin olması barədə söylənilən elmi fərziyyələri bir daha təsdiq edib.
NASA tərəfindən Kepler-186 F adı verilən planet sadəcə olaraq Yerdən 10 faiz böyükdür.
Yerə, eyni zamanda Venera və Mars planetlərinə oxşayan Kepler-186 F planeti Günəşdən bir qədər kiçik və az istisi olan ulduz ətrafında, Yerə daha yaxın dövr etdiyi bildirirlir. Günəşdən 490 işıq ili uzaqlıqda ulduz sistemində yerləşən yeni planetə hələlik səfər etmək qeyri mümkündür. Çünki bir işıq ilinin ekvivalenti 9460 milyard kilometrə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB