Argentinada görünməyən bir hadisə qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis tərəfindən aparılan araşdırma nəticəsində 9 il qarajda saxlanılan qız tapılıb. Belə ki, öz valideynlərinin maddi vəziyyətinin aşağı olması ucbatından məhkəmə qərarı ilə qoruyucu ailəsinə verilən qız 9 ilini dəhşətlər içərisində yaşamalı olub. Uzun illər qarajda qalan qız çörək və su ilə qidalandığından 20 kilo çəkiyə malik olub.
Polis tərəfindən tapılan qızın yanında yalnız bir it və bir meymun olub.
Bildirilib ki, uzun müddət ac qalan qız gənc heyvanlara verilən artıq yeməkləri yemək istədikdə daha bir zorakılığa məruz qalıb. Qoruyucu ailəsi onu bu hərəkətinə görə kəmərlə döyüb.
Qoruyucu ana və ata köləlik və təcavüz ittihamı ilə həbsxanaya göndərilib.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən qızın doqquz il boyunca yalnız iki dəfə qarajdan kənara çıxdığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB