Televizora baxmaq uşaqların yuxusuna mənfi təsir göstərir. SİA-nın məlumatına görə, Amerika alimləri 1800 uşaq üzərində aparılan araşdırmadan sonra bu qənaətə gəliblər. Mütəxəssisilər uşaqları 6 aylığından 7 yaşa qədər müşahidə ediblər.
Onlar sübut ediblər ki, televizora bir saat artıq baxmaq uşağın yuxusundan 7 dəqiqə alır. Bu kimi hallar xüsusilə oğlan uşaqlarında daha çox müşahidə olunur.
Araşdırmaçıların fikrincə, uşaqların yatdığı otaqda telvizorun olması qəti şəkildə yol verilməzdi. Belə ki, televizor uşaqlara həm fiziki, həm də psixoloji mənfi təsir göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB