Psixoloq: “Burada ən dəhşətlisi, zövqlərin korlanmasıdır” AÇIQLAMA
"Təbii ki, bunlar xoşagəlməz hallardır. İnsanların dünyagörüşü, intellektləri, zövqləri korlandığı üçün bu heç də ona xoş təsir bağışlamır". Bunu SİA-ya psixioloq Təhminə Çələbi Bakı Metropoliteninin giriş və çıxışında səsləndirilən bayağı musiqilərin insan şüuruna təsiri barəsində danışarkən deyib.
Psixoloqun sözlərinə görə, əgər biz bir situasiyanı dəyişə bilmiriksə, bu zaman ona olan münasibəti dəyişməliyik: "Heç də təəccübləndirici deyil ki, bayağı musiqilər bəzi insanları əsəbləşdirirsə, bəziləri də bundan zövq alır. Burada ən dəhşətlisi, zövqlərin korlanmasıdır. Belə ki, insanlar bu bayağı musiqiləri dinləyə-dinləyə artıq buna adaptasiya olurlar. Bu bir növ 25-ci kadr, virus kimi insanın şüur altına yerləşir. Beləcə, hər gün bu bayağı musiqilər onun beynində olur. Ümumiyyətlə deyirlər ki, "musiqi ruhun qidasıdır". Sözün həqiqi mənasında bu belədir. Əgər insanın kefi yoxdursa, o, müəyyən bir musiqi dinlədiyi zaman onun əhval-ruhiyyəsi tamamilə dəyişir. Hətta belə bir söz də var ki, qadın hamilə vaxtı necə musiqi dinləyirsə, bu onun övladının əqlinə də təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB