Altı il tez açıb

Yaponiyada kosmosda olmuş gilas tumundan bitmiş sakura ağacı gözlənildiyindən 6 il tez gül açıb.

Qifu prefekturasının Xiqasiomi şəhərindəki Qandzedzi buddist məbədinin ərazisində bitmiş bu ağac yapon bioloqlarını heyrətə gətirib.

2008-ci ildə məbədin rəhbərliyi sakura ağaclarından birinin toxumlarını Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə veib və astronavt Koiti Vakata həmin toxumları özü ilə kosmosa aparıb.

Gilas tumları 10 ay yerətrafı orbitdə olub, bundan sonra onları vətənə qaytarmış və 2010-cu ildə əkiblər.

Ötən dörd il ərzində "kosmik sürətlə" böyüyərək hündürlüyü 4 metrə çatmış ağac bu bahar gül açıb.

Sakuranın belə erkən "yaşa dolması" çox nadir hadisədir. Adətən bu ağac əkiləndən təxminən 10 il sonra çiçəklənməyə başlayır.

Tsukuba universitetinin botanika professoru Kaori Tomita-Yekotani deyib: "Bunun nə üçün belə olmasını deyə bilmərik – məlumat çox cüzidir. Ola bilsin ki, ağacın bu qədər sürətlə böyüməsinə səbəb kosmik radiasiyanın toxumlara təsiri olub".

Bütün xəbərlər Facebook səhifəmizdə