İtmiş təyyarə bir neçə günə tapıla bilər

İtmiş təyyarə bir neçə günə tapıla bilər

Malayziya hava yollarına aid itmiş təyyarənin axtarışlarının ümidverici olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, araşdırmanı icra edən qruplar təyyarənin qara qutusuna aid olduğu zənn edilən yeni siqnallar əldə ediblər.

Rəsmilər Hind Okeanının cənubunda təsbit edilən akustik siqnalların izinə düşərək təyyarəni bir neçə gün içində tapacaqlarına ümid etdiklərini açıqlayıblar: "Siqnalın təbii bir səbəbdən qaynaqlanmadığı təsbit edilib. Böyük ehtimalla əldə edilən siqnallar xüsusi bir elektron cihazdır. Mütəxəssislərimiz siqnalların təyyarənin qara qutusuna aid olduğuna inanır".

8 martda itkin düşmüş təyyarədə olan 239 sərnişin və personal üzvlərinin yaxınları isə böyük bir ümidlə xoş xəbəri gözləyirlər. Ötən gün sərnişinlərin yaxınları təyyarənin itməsi ilə bağlı Malayziyanın paytaxtı Kuala Lumpurda anım mərasimi təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə