Tibbdə hər gün yeni kəşfə imza atılır. Süni ürək və üz köçürülməsindən sonra İngiltərədə kök hüceyrədən burun və qulaq yaratdılar. SİA-nın xarici mətbuta istinadən verdiyi xəbərə görə insan həyatında dəyişiklik edəcək yeni kəşf İngiltərədə edilib. Belə ki, İngiltərədə yerləşən "London Royal Free" Xəstəxanasının alimləri kök hüceyrədən burun və qulaq yaradıblar.
Alimlər bir müddət öncə kök hüceyrələrdən nəfəs borusu və damar hazırlasalar da, həmin hüceyrələrdəm burun və qulaq yaratmaqla yeni bir kəşfə imza atmış oldular.
Qeyd edək ki, 2011-ci ildə xəstəxananın müvəffəqiyyətli orqan yaradan professoru Aleksandr Seifalian xəstənin hüceyrələrindən nəfəs borusu yaratmaqla xərçəngli xəstənin həyatını xilas etmişdir. Həkimin həmçinin ötən il burnunda xərçəng xəstəliyi olan insan üçün kök hüceyrədən burun yaratdığı da bildirilir.
Orqanları hazırlanması ilə bağlı danışan Seifalian vurğulayıb ki, burun hazırlamaq üçün ilk növbədə burun qəlibi hazırlayıb, daha sonra buna bir duz və şəkər qarışığı əlavə edib. Həkim həmçinin xəstənin yağından kök hüceyrə nümunələri götürülərək laboratoriyada 2 həftə boyunca böyüdüldüyünü də açıqlayıb.
Professor Seifalian, hazır olan burunu ilk növbədə xəstənin qoluna tikildiyini qeyd edib. O vurğulayıb ki, bu yolla burun xəstənin orqanizminə öyrənməklə yanaşı, həm də inkişaf edir: "Hal-hazırda hazırlanan burunun xəstəyə köçürülməsi üçün Səhiyyə Nazirliyi tərəfindən göstəriş verilməlidir. Burunla yanaşı, yeni orqanların hazırlanması ilə bağlı bir qrup alimlə işlər aparılır. Sıradakı orqanlara qırtlaq, sidik yolu və öd kanalı və digərləri daxildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB