Yaşıl çay son illərin ən məşhur və ən sağlam içkisidir. Şişlərin sorulmasına və arıqlamağa kömək etdiyini tez-tez eşidirik. Eyni zamanda çayın saysız-hesabsız xeyirli tərəfləri var. SİA yaşıl çayın faydaları barədə məlumatı təqdim edir:

Yaşıl çay möcüzəli üz təmizləyicisidir: Bəlkə üzünüzü gel və toniklərlə təmizləməyə öyrəşmisiniz, ancaq biz sizə təbii və daha sağlam bir üsul təklif edirik. Bir litr qaynar suda yaşıl çayı dəmləyin. Su soyuduqdan sonra üzünüzü bu yaşıl çaylı su ilə yuyun. Yaşıl çayın təravətləndirici və təmizləyici təsiriylə dəridə olan qızartı və digər problemlərin həll olunmasını müşahidə edəcəksiniz.

Yaşıl çay saçlara xeyirlidir: Bəli, yaşıl çay dəridə möcüzələr yaratdığı kimi, saçlarda da eyni təsirə malikdir. Bunun üçün bir litr suda yaşıl çayı dəmləyin. Saçlarınızı şampunla yuduqdan sonra sonda həmin yaşıl çay suyu ilə durulayın. Saç uclarını nəmləndirən və saçları yumşaldan bu dəmləmənin ilk istifadədən yaxşı təsir göstərdiyi bildirilir.

Sızanaqların müalicəsinə kömək edir: Yaşıl çayın uzun müddət nizamlı olaraq içilməsi sızanaqların iltihabını azaldıb, dərinin sakitləşdirir. Bunun üçün nizamlı olaraq gündə 6 fincan yaşıl çay içmək lazımdır. Ancaq kafeinə qarşı həssaslığınız varsa, tərkibində kafein olmayan yaşıl çay istifadə edə bilərsiniz.

Yaşıl çay gümrahlıq verir: Yaşıl çay tərkibində kafein olduğu üçün canlandırıcı təsirlərə malikdir. Xüsusilə beyin funksiyaları zəifləyən zaman günortadan sonra və axşam saatlarında yaşıl çay qəbul etmək zehninizi gücləndirib, sizi gümrahlaşdıracaq.

Yaşıl çay həzm sisteminizi təmizləyir: Yaşıl çay həzm sistemini təmizləyərək bədəndən toksin və zəhərlərin kənarlaşdırılmasına kömək edir. Mədə və bağırsaqlarınızı rahatlaşdıran yaşıl çaydan tam yararlanmağınız üçün, gündə ən az iki fincan yaşıl çay içilməyiniz tövsiyyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə