İngiltərənin Oxford bölgəsində yaşayan Elli Ceyms adlı qadının həyatı, keçirdiyi qeyri-adi xəstəlik ucbatından alt-üst olub. SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 44 yaşlı qadın dərisindən gələn balıq qoxusuna görə bir çox çətinliklərlə qarşılaşır.
Elli 30 yaşından etibarən bu sindromdan əziyyət çəkir.
Dərisindən balıq qoxusu gəlməsi azmış kimi, bəzən lax yumurta iyi verdiyini bildirən Ceyms vurğulayıb ki, bu cür qoxu daha çox onun ət, süd və balıq məhsullarından istifadə etdiyi zaman gəlməyə başlayır. Lakin qadın bu məhsullardan istifadə etmədiyi zamanlar da bu qoxulardan əziyyət çəkidiyini dilə gətirib.
Vəziyyəti qəbul etmək məcburiyyətində olan Ceyms davamlı olaraq yanında ətir daşımaqdan və xəstəliyinin müalicəsi olmadığından şikayətlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB