İngiltərənin fotoqrafı olan Maykl Killey Los Angeles Beynəlxalq Hava Limanından 7 saat ərzində havaya qalxan bütün təyyarələrin şəklini çəkib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Belə ki, fotoqraf təyyarələrin sıx hərəkətini bir fotoda birləşdirməklə heyrətamiz görüntüyə sahib olub.
O, kamerasını hava limanının yaxınlığında yerləşən "Clutter" parkında quraşdırmaqla 7 saat ərzində limana enən və qalxan təyyarələrin şəklini çəkə bilib. 400 ədəd şəkil çəkən Maykl daha sonra şəkilləri bir görüntüdə birləşdirib.
Qeyd edək ki, Los Angeles Beynəlxalq Hava limanı dünyanın ən hərəkətli üçüncü hava limanı sayılır. İldə 66 milyon insanın istifadə etdiyi bu hava limanında 2013-cü ildə gündə 1685 təyyarə eniş və qalxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB