Azərbaycanlı öz qeyri-adi bacarığı ilə diqqəti cəlb edib

Azərbaycanlı öz qeyri-adi bacarığı ilə diqqəti cəlb edib

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kənd sakini, "maqnit adam" adı ilə məşhur olan Etibar Budaqlı Ginnesin rekordlar kitabına düşüb. Bu günlərdə daha bir soydaşımızın qeyri-adi gücə - bioenerjiyə malik olduğu aşkara çıxıb.
O, Dmanisi rayonunun Ermənistanla sərhəddə yerləşən Yırğançay kəndinin sakini 42 yaşlı İsmayıl Kazımovdur. İ. Kazımov bədənində 160 kiloqram dəmir əşyanı saxlaya bilir. Bundan əlavə, o, 13 nəfərin əyləşdiyi "Ford" markalı minik avtomobilini (təxminən 3 ton ağırlıqda) çəkə bilib.
İ.Kazımov öz qeyri adi bacarığını nümayiş etdirmək üçün Rusiyadan dəvət alıb. Lakin, Dmanisi Rayon İcra Hakimiyyəti ona istedadını doğma vətənində nümayiş etdirməyi təklif etdiyindən İ.Kazımov Rusiyaya səfərini təxirə salıb.
İ. Kazımov cəmi üç ay öncə qeyri-adi gücə malik olduğunu hiss etmişdir və ilk dəfə Tbilisidə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə