"Beynəlxalq yastıq döyüşü günü"ndə maraqlı anlar yaranıb MARAQLI

"Beynəlxalq yastıq döyüşü günü"ndə maraqlı anlar yaranıb MARAQLI

Nyu Yorkun Vaşinqton meydanına yığışan minlərlə amerikalı yastıq döyüşdürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hər il aprel ayında qeyd edilən ''Beynəlxalq yastıq döyüşü günü''ndə bu il 5 min amerikalı iştirak edib. Nyu York polisinin təhlükəsizlik tədbirlərini artırdığı yastıq döyüşü 2 saat davam edib. Amerikalıların yastıqlarla bir-birlərinə hücumunu izləyən izdiham səbəbilə bəzi tamaşaçılar huşunu itirib.

"Beynəlxalq yastıq döyüşü günü" Avstriyanın paytaxtı Vyanada da 100 nəfərlik qrup tərəfindən qeyd olunub. Təxminən yarım saat davam edən yastıq döyüşündə yastıqlardan çıxan tüklər havada maraqlı görüntülər yaradıb.

Qeyd edək ki, ilk "Beynəlxalq yastıq döyüşü günü" 2008-ci ildə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə