Los-Ancelesdəki Kaliforniya Universitetinin mütəxəssisləri bildirirlər ki, indiyə qədər alimlərin Ayda su olmaması barədə fərziyyələri səhv imiş. 2010-cu ilə qədər belə hesab edilirdi ki, Ayda ümumiyyətlə su yoxdur.
Lakin az sonra alimlər tərkibində çoxlu hidrogen olan apatit mineralı nümunələrini tədqiq edərək bu qənaətə gəliblər ki, hər halda Ayda su ehtiyatları var.
Tədqiqatçılar kompyuter modeli əsasında hesablayıblar ki, həmin mineralın tərkibindəki hidrogen su qalıqlarından deyil, mineralın özünün kristallaşması prosesində formalaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB