Vyanada keçirilmiş auksionda Ayda olmuş fotoaparat satılıb. İsveçin "Hasselblad" firmasının istehsalı olan bu nadir kamera 660 min avroya satılıb.
Kamera 1971-ci ilin yayında Amerikanın "Apollon" missiyasında iştirak edib. O, NASA-nın Ay proqramında istifadə olunmuş 14 fotoaparatından biri və Yerə qayıtmış yeganə fotoaparatdır.
Digərlərini çəkisinə görə və Aydan götürülmüş nümunələrə yer etmək üçün kosmosda qoyublar.
"Euromag" xəbər verir ki, dünyada Ayın toz zərrəcikləri ilə örtülmüş yeganə kameranı Yaponiya sahibkarı alıb.
Fotoaparatla 299 kosmik çəkiliş edilib, o cümlədən ABŞ bayrağını tutan Amerika astronavtı Ceyms B.İrvinin Ayda hərəkət edən qurğunun yanında fotoşəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB