“Hörümçək-adam” 152 metr hündürlüyündə qülləyə dırmaşıb

“Hörümçək-adam” 152 metr hündürlüyündə qülləyə dırmaşıb

Fransalı məşhur qayayadırmaşan, "Hörümçək-adam" ləqəbli Alen Rober növbəti göydələni fəth edib.

Bu dəfə o, Parisin qərbində yerləşən, hündürlüyü 152 metr olan "Ariane Tower" qülləsinə dırmaşıb.

Roberin sığortalanma vasitələrindən istifadə etmədən həyata keçirdiyi bu hərəkəti yüzlərlə insan müşahidə edib.

Alen Rober indiyə qədər dünyada 70-dən çox qülləyə, o cümlədən, Eyfel qülləsinə, Manhettendəki "Empayr-sted-bildinq"ə, habelə planetimizin ən uca binasına – Dubaydakı "Bürc Xəlifə"yə dırmaşıb.

Hələ dayanmaq fikrində olmayan 52 yaşlı Rober deyib: "Bu gün mən qorxu hiss etmirdim. Yalnız sonuncu 10 metr barədə düşünürdüm, çünki bu binanın strukturu bir qədər fərqlidir. Dayanmaq vaxtı yetişdiyini haçan başa düşsəm, onda dayanacağam. İndi mən yaxşı fiziki formadayam və yeni nailiyyətlər qazanmağa psixoloji cəhətdən hazıram. Mənim 52 yaşım var, lakin hələ işimi davam etdirəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə