Heyvanlar öz aralarında qulaq, quyruq, göz, dodaq və dilləri ilə müxtəlif mimikalar edərlər və bu mimikaların hər birinin mənası var. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimlərinin araşdırmaları nəticəsində məlum olub ki, pişik və it arasındakı dolanışıqsızlığın mənşəyində qarşılıqlı olaraq bu mimikaların səhv başa düşülməsi dayanır. Bir-birindən fərqli iki heyvanın mimikalarını səhv qəbul etmələri təbii olaraq hücum və müdafiə instinktini meydana gətirir.
Bədən dili olaraq təyin olunan bu mimikaların qarşılıqlı başa düşülməsi vəziyyətində pişik və it arasında gözəl dostluqlar qurula bilər. Bu məqsədlə, bala yaşlarda bir yerdə yaşamağa başlayan pişik və itin bir-birlərinin rəftar və davranışlarını tanıması daha asan ola bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB