1. Haqqında ən çox film çəkilmiş personaj qraf Drakuladı. 72 filmdə bu personajın adı səsləndirilib. İkinci yerdə Şerlok Holms dayanır, belə ki, bu qəhrəmanın adı 66 filmdə yer alıb. Bu üçlüyü 60 filmdə adı səsləndirilməklə Tarzan tamamlayır.

2. "Emanuel" filmi Parisin bir kino teatrında 11 il nümayiş olunmaqla rekord qırıb.

3. Tənqidçilərin rəyinə əsasən dünya kino tarixinin ən yaxşı trilleri Hiçkokun "Psixo"sudur. İkinci yerdə Spilberqin "Çənələr"i, üçüncü yerdə isə "Quzuların susması"dır.

4. Kinoda ən gec debüt Janna Luiza Kalmana aiddir. O 114 yaşında Kanada istehsalı "Vinsent və mən" filmində elə öz obrazını oynayıb. Bu debütdən sonra aktrisa hələ 8 il də yaşayıb.

5. Hindistan kino istehsalına görə dünyada liderdir. Hər il bu ölkədə 50 minə yaxın film çəkilir.

6. Ən uzun ada sahib olan film İtaliya istehsalıdır. Film belə adlanır: "Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda".

7. Kinoda ən məhşur it obrazı Lessidi. Düz 8 Kolli cinsli it Lessi obrazında çəkilib.

8. Reklamına ən çox pul xərclənən film Spilberqin "Yura dövrü parkı" filmidir. Bu filmin təkcə marketinq xərcləri 68 milyondollar olub. Maraqlısı isə filmin büdcəsinin cəmi 8 milyon dollar olmasıdır.

9. İngiltərə istehsalı "Ən uzun və ölməz film" adlanan film 48 saat davam edir. Lakin kino tarixinin ən uzun metraj filmi "Yuxusuzluq dərmanı" sayılır - 85 saat.

10. Moskvanın "Salyut" kinoteatrı "Titanik" filmini 2 il ərzində nümayiş etdirən yeganə kinoteatr kimi yadda qalıb.

11. "Qüdrətli Brüs" filmində kino tarixində ilk dəfə olaraq gerçək telefon nömrəsindən istifadə olunub. (Əvvəllər uydurma və ya mövcud olmayan nömrələrdən istifadə olunurdu). Nömrəsindən filmdə istifadə olunan qadın filmi məhkəməyə verib və bildirib ki, "Qüdrətli Brüs"ün ekranlara çıxmasından sonra bəzi insanlar ona zəng vurub Allahı istəyirlər.

12. Aktyor Stiven Siqal film çəkilişi zamanı həmkarı Şon Konnerinin biləyini sındırıb.

13. Mark Zukerberq onun haqqında çəkilən "Sosial şəbəkə" (The Social Network) filminə qarşı olub. Hətta, hələ də filmin "Facebook"da rəsmi səhifəsinin açılmasına icazə vermir.

14. "Evdə tək" (Home Alone) filmindəki Co Peşin canlandırdığı "Harri" rolu ilk olaraq Robert De Niroyo təklif edilib. Lakin aktyor roldan imtina edib.

15. Ən çox Oskar qazanan filmlər "Ben Hur", "Titani" (Titanic), "Üzüklərin kralı: Kral qayıdır" ( Lord of the Rings: The Return of the King) fimləridir. Hər biri 11 Oskar mükafatçısı olub. "Ben Hur" bu Oskarları 12 nominasiyadan, "Titanik" 14, "Üzüklərin kralı: Kral qayıdır" filmi isə elə 11 nominasiyadan əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə