Hıçqırıqdan necə yaxa qurtarmalı? MARAQLI

Hıçqırıq nədir?

Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanar və buradan keçən hava ani olaraq kəsilər. Bu vəziyyət hıçkırınığın çıxardığı səsin səbəbidir.

Hıçqırıq səbəbləri…

Səbəbləri çox müxtəlifdir. Çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinən səbəblərdir. Ayrıca bu, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda həkimə getmək lazımdır.

Hıçqırıq necə keçər?

Hıçqırığın qarşısını almaq üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq olmaq lazımdır.

Bu tədbirlərə baxmayaraq yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunmaqdadır.

Hıçqırığa tutulduğunuzda bu üsulları təcrübə edə bilərsiniz:

1. Şirin bir şey yemək - sinirlərinizi aldadıb hıçqırığa son verə bilər. Bunun üçün bir çay qaşığı şəkəri və ya balı dilinizin dib qisminə yerləşdirin.

2. Barmaqlarınızla qulaqlarınızı tıxayın. Bu, eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır.

3. Birini qorxutduğunuzda və ya biri sizi qorxutduqda vagus sinirini çaşdıra bilərsiniz. Bu üsulu tətbiq edə bilmək üçün aktyorluq qabiliyyətinizin də bir az inkişaf etmiş olması lazımdır.

4. Burnunuzu və ağızınızı bağlayaraq dözə bildiyiniz qədər hava almadan dayanın.

5. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq) ya da suyla qarqara etmək sinirləri yatıra bilir.

6. Bir kağız torbanın içində nəfəs alın - verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədiyində (nəfəs verəndə karbon qazı buraxdığımızdan torbada oksigenin miqdarı azalır) hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.

7. Xüsusilə tərkibində maqnezium olan qidalar, sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilir.

8. Qıdıqlandıqda sinirlərinizin üstünə ciddi miqdarda yük minəcək və hıçqırıq dayanacaq.

9. İsti bir şeylər içmək. Bu bütün metodlar içində ən güvənilir və sürətli bir metoddur. Hıçqırıq başlayan anda isti su, çay, süd və s. içsəniz 10-15 saniyəyə yox olacaq.

Hansı metoddan istəsəniz yoxlaya bilərsiz, əsas odur ki, beyninizi məşqul edin ki, hıçqırıq azalaraq yox olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə