Adı Ginnesin rekordlar kitabına düşən Kim Unq–onq planetin ən ağıllı adamı hesab olunur.
Onun intellektinin əmsalı 210-a bərabərdir, halbuki intellekt əmsalı 140 olanlar dahi hesab edilirlər.
1962-ci ilin mart ayında Koreyada anadan olan Kim Unq–Yonq artıq 6 aylığında danışa bilib, 3 yaşda isə Koreya, yapon, alman, ingilis və portuqal dillərində fikrini izah etməyə başlayıb. Hər hansı dili mənimsəmək üçün ona 1 ay kifayət edirdi. Dahi uşaq riyazi təfəkkürünə görə də seçilirdi. Beş yaşında ikən o, mürəkkəb differensial bərabərlikləri həll edir, şeir yazır və rəsm çəkirdi.
Səkkiz yaşlı Kim Unq–Yonq NASA təqaüdünə layiq görülərək, ABŞ-a köçür. Kolorado Universitetini 15 yaşında bitirən koreyalı gənc fizika üzrə elmlər doktoru dərəcəsini alaraq, elmi fəaliyyətlə məşğul olur və 100-ə yaxın elmi məqalənin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB