Bu rəssam əsərləri ilə dünyanı mat qoydu

Bu rəssam əsərləri ilə dünyanı mat qoydu

Böyük Britaniyalı 11 yaşlı Kiron Uilyamson 10 dəqiqəyə 100 min funt sterlinq pul qazanıb. SİA-nın məlumatına görə, 5 yaşından rəssamlıqla məşğul olan istedadlı uşaq impressionizm stilində kətan parça üzərində möcüzələr yaradır. Onun əsərləri London auksionunda əlbəəl gəzir.
Dünya dahi rəssamı ilk dəfə 2009-cu ildə, 19 rəsm əsəri 36 min ABŞ dollarına satılandan sonra tanınıb. Daha sonra 26 əsəri 20 dəqiqə ərzində 360 min dollara alınan Kiron Uilyamson hətta tanınmış rəssamları belə mat qoyub.
Hazırda onun bir əsərinə 3 min 500 dollardan 30 minədək qiymət qoyulur.
Yaxın zamanda baş tutacaq növbəti auksionda dahi rəssamın əsərlərinin başlanğıc qiymətinin 150 min dolların olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə