Səudiyyə Ərəbistanı Krallığında yeni doğulan körpələrə bəzi adların qoyulması qadağan edilib. Ölkənin daxili işlər naziri bəzi müasir adların dini baxımdan müsəlman dünyasına və şəriətə tamamilə zidd olduğu üçün valideynlərə yeni doğulan uşaqlarına həmin adların qoymaqdan uzaq olmağa çağırıb. Nazir mədəniyyətə və dini etiqada zidd olan belə adlardan istifadənin qadağan edildiyini bəyan edib.
Rəhbər, başçı mənasının verən Əmir, müsəlman adların olmayan Alisa və Linda adları qadağan olunan adlar siyahısındadır. Peyğəmbərin qulu mənasını verən Əbdül Nəbi, imam Hüseynin xidmətçisi mənasında işlədilən Əbdül Hüseyn, eləcə də Misirin keçmiş prezidenti Nasser adının da körpələrə verilməsi qadağan olunub.
Yeni doğulan körpələrə ərəb dilində kral və kraliça mənasını verən Məlik və Məlikə adlarının qoyulması da yasaq edilib.
İman, Abyar, Loland, Naris, Loran, Əbdül Rəsul, Aram, Maya, Tabarak, Benyamin adları ilə yanaşı bəzi dini və əcnəbi adlar da qadağan olunan adlar sırasındadır.
Ölkədə adqoyma ilə bağlı qanunu pozan valideynləri kimliyindən asılı olmayaraq yüksək məbləğdə cərimə və həbs cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB